0
Saturday 1 October 2016 - 16:11

Ərdoğan Rusiya ilə hərbi-siyasi ittifaq yaratdı

Story Code : 571826
Ərdoğan Rusiya ilə hərbi-siyasi ittifaq yaratdı
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Manoy Ankara-Moskva əlaqələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ankara Suriyanın şimalında hərbi əməliyyatlara başlamadan öncə Moskva və Dəməşqin razılığını alıb:

“ABŞ Suriyada Rusiya və Türkiyə arasında müharibə yaratmağa çalışırdı. 24 noyabrda baş verən Su-24 böhranını xatırlayaq. Ancaq Vaşinqtonun bu planı iflasa uğradı. ABŞ bu dəfə 15 iyul dövlət çevrilişinə cəhd edərək Ərdoğanı taxtdan endirməyə çalışdı. Ancaq bu da alınmadı.

ABŞ-ın bütün bu uğursuz cəhdləri Ərdoğanın Rusiya ilə qeyr-rəsmi hərbi-siyasi ittifaq yaratmasına səbəb oldu.

Bu gün Türkiyə ordusu Suriyanın şimalındadır. Ankara Moskva və Dəməşqin qeyri-rəsmi razılığını aldıqdan sonra bu addımı atdı. Türkiyə yaxın Şərqdə Rusiyanın əsas müttəfiqi hesab oluna bilər”
Source : Deyerler
Comment