QR CodeQR Code

Liviyada nümayişçilər 3 şəhərdən savayı ölkəyə nəzarəti ələ alıb

2 Mar 2011 14:44

IslamTimes - Son məlumatlara görə, Liviyada Müəmmar Qəzzafinin istefasını tələb edən əhali, təkcə 3 şəhərdə vəziyyətə hakim deyil


FaktXeber-in "Əl-Cəzirə"-yə istinadən verdiyi məlumata görə, Liviyada Qəzzafi hökuməti ilə yerli sakinlər arasında qarşıdurmalar davam edir. Ölkənin əksər şəhərlərində vəziyyəti ələ alan xalq, Qəzzafini bir daha istefa verməyə çağırıb. Artıq Liviyada xalq tərəfindən ikinci dövlət və ordu da təsis edilib.

Son məlumatlara görə, Liviyada Müəmmar Qəzzafinin istefasını tələb edən əhali, təkcə 3 şəhərdə vəziyyətə hakim deyil. Paytaxt Tripoli bir hissəsi, İmam Musa Sədrin saxlandığı bildirilən Səbha və Sert şəhərləri Qəzzafi hökumətinin nəzarəti altındadır. Lakin Liviyanın ən böyük şəhərləri olan Benqazi, İmsilatə, Zaviyə, Misratə, Tubruq, Dirna, Nalut, Tacura, Beyza və Zəvarə şəhərləri nümayişçilərin nəzarətindədir.


Story Code: 57188

News Link :
https://www.islamtimes.org/az/news/57188/liviyada-nümayişçilər-3-şəhərdən-savayı-ölkəyə-nəzarəti-ələ-alıb

Islam Times
  https://www.islamtimes.org