QR CodeQR Code

Ərdoğan: “Rusiya ilə münasibətlərimizi yeni səviyyəyə çatdırmaq niyyətindəyik”

Apa , 2 Oct 2016 06:38

Islamtimes - Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Rusiya ilə münasibətləri 2015-ci ilin noyabrınadək (“Su-24” təyyarəsinin vurulmasınadək – red.) olan səviyyədən daha yüksək səviyyəyə qaldırmaq niyyətində olduğunu bildirib.


APA-nın xəbərinə görə, bunu Ərdoğan Ankarada parlamentin payız sessiyasının açılış mərasimində çıxışı zamanı deyib.

“Biz qonşularımızla münasibətləri normallaşdırırıq. Rusiya ilə müxtəlif sahələr – kənd təsərrüfatı, energetika, iqtisadiyyat, turizm sahələri üzrə danışıqlar aparılır. Biz göstəricilərimizi əvvəlki səviyyəyə qaytarmaq və hətta ondan daha yuxarı səviyyəyə çatdırmaq niyyətindəyik”, - deyə Ərdoğan qeyd edib.


Story Code: 571980

News Link :
https://www.islamtimes.org/az/news/571980/ərdoğan-rusiya-ilə-münasibətlərimizi-yeni-səviyyəyə-çatdırmaq-niyyətindəyik

Islam Times
  https://www.islamtimes.org