QR CodeQR Code

Amerikanın böyük yalanı!

2 Mar 2011 15:24

IslamTimes - "Bu gün Qəzzafi ölkəyə nəzarəti əldən verdiyi üçün, Amerika Liviya xalqına köməkdən söz açır."


"IslamTimes"-ın verdiyi məlumata əsasən, Möhsin əl-Qurbani ötən gün "Əl-Aləm telekanalı ilə müsahibəsi zamanı deyib: "Hazırda Müəmmər Qəzzafi günahsız xalqı qətliam etdiyinə görə hərbi bir cinayətkara çevrilib. 

Liviya xalqı Qəzzafinin həbs edilməsini və onun ölkə daxilində və xaricdə həyata keçirdiyi terrorist əməliyyatların ifşa edilməsini tələb edir."
 
Əl-Qurbani Qəzzafini Amerikanın xidmətçisi adlandırıb. O əlavə edib: "Bu gün Qəzzafi ölkəyə nəzarəti əldən verdiyi üçün, Amerika Liviya xalqına köməkdən söz açır. Amma liviyalılar Amerikanın istənilən tərzdə Liviyanın daxili işlərinə müdaxiləsinə qarşıdırlar. ABŞ XİN rəhbərinin "Liviyada inqilabçılarla əlaqə saxlayırıq" sözü isə tamami ilə yalandır. Liviya xalqı inqilabın son bir neçə mərhələsini də arxada qoyaraq qələbə qazanacaq. Liviya varlı ölkədir və Qəzzafi getdikdən sonra ölkənin sərvəti xalqa məxsus olacaq!"


Story Code: 57201

News Link :
https://www.islamtimes.org/az/news/57201/amerikanın-böyük-yalanı

Islam Times
  https://www.islamtimes.org