0
Thursday 3 March 2011 - 08:18

İran ABŞ-ı Liviyaya hərbi qüvvə yeritməməyə çağırıb

Story Code : 57265
Iran - USA
Iran - USA
Əhmədinejad dünən İranın Lorestan vilayətində çıxış edib. İran prezidenti növbəti müdaxilənin on il bundan əvvəl prezident Corc Buşun İraq və Əfqanıstana müdaxiləsi kimi olmayacağını, hal-hazırda vəziyyətin tamamilə başqa olduğunu deyib. Əhmədinejad deyib ki, Qərb öz hərbi qüvvələrini regiona yönəldərsə, Şimali Afrika və Yaxın Şərq belə bir addıma qarşı mübarizəyə qalxacaq. Mahmud Əhmədinejad eləcə də Birləşmiş Ştatlar hökumətini regionda diktatorları dəstəkləməkdə ittiham edib.

Comment