QR CodeQR Code

Zaxarova: “Vaşinqtonun Suriya ilə bağlı aydın mövqeyi yoxdur”

5 Oct 2016 11:31

IslamTimes - ABŞ hökuməti Rusiya ilə əldə olunmuş razılaşmaları icra edə bilməyib, çünki Vaşinqtonun Suriyaya dair aydın, dürüst mövqeyi yoxdur.


APA-nın xəbərinə görə, bunu “RT” telekanalına müsahibəsində Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Ağ Ev təhdid xarakterli bəyanatlar səsləndirməməli, danışıqların pozulmasında təqsirli olduğunu etiraf etməlidir.
Zaxarova qeyd edib ki, Vaşinqton Moskvaya öz nöqteyi-nəzərini zorla qəbul etdirməyə və Rusiyanı ABŞ üçün sərfəli istiqamətdə irəliləməyə vadar etməyə çalışır: “Vaşinqton Moskvanın mövqeyini nəzərə almaqdan imtina edir”.


Story Code: 572947

News Link :
https://www.islamtimes.org/az/news/572947/zaxarova-vaşinqtonun-suriya-ilə-bağlı-aydın-mövqeyi-yoxdur

Islam Times
  https://www.islamtimes.org