QR CodeQR Code

“Ərəb payızı” başlayır: Tunis lideri geri dönür

5 Oct 2016 11:49

IslamTimes - Tunisin eks-prezidenti Zeynəl Abidin Bin Əli ölkəyə geri dönmək niyyətindədir.


Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında eks-prezidentin vəkili Münir Bin Saleh söyləyib. Onun sözlərinə görə, eks-prezident heç vaxt Tunis xalqından siyasi üzr tələbini qəbul etməyəcəyini bildirib:
“Tunisin vəziyyəti əvvəlkindən daha pisdir. Zeynəl Abidin Bin Əlinin tərəfdarları əvvəlkindən daha çoxdur. Onlar Bin Əlini geri səsləyirlər. Biz Tunisdən yalnız ədalətli məhkəmə haqqında təminat istəyirik. Bu reallaşsa, ölkəyə geri dönəcəyik”.
Qeyd edək ki, Tunis də ərəb baharının əsas qurbanlarından biri olub. 2011-ci ildə 24 il ölkəni idarə edən Bin Əli devrilib. Prezident Səudiyyə Ərəbistanına qaçıb.


Story Code: 572956

News Link :
https://www.islamtimes.org/az/news/572956/ərəb-payızı-başlayır-tunis-lideri-geri-dönür

Islam Times
  https://www.islamtimes.org