0
Friday 7 October 2016 - 19:55

“İmam Hüseynin (ə) südəmər körpələri” mərasimi keçirilir

Story Code : 573541
“İmam Hüseynin (ə) südəmər körpələri” mərasimi keçirilir
Maide.Az xəbər verir ki, Hər il Məhərrəm ayının ilk cüməsində dünyanın beş qitəsində analar və uşaqlar öz ölkələrində bu mərasimi keçirir. Bu il dünyanın müxtəlif ölkələrində 4000-dən çox tədbir keçirilib.

Bu mərasimdə minlərlə südəmər körpə hüseyniyyələr və məscidlərdə Həzrəti İmam Hüseynin (ə) südəmər körpəsinin xatirəsinə Kərbəla çölünün 6 aylıq şəhidi ilə səs-səsə verir və analar öz laylaları ilə Həzrəti Əli Əsğərin (ə) anası Həzrəti Rubabın kədərinə şərik olurlar.

Xatırladaq ki, “İmam Hüseynin (ə) südəmər körpələri” adlı konfrans 2003-cü ildən Tehranda Məhdiyyədə Aşura dastanının reallıqlarını çatdırmaq və Hz. Əli Əsğər (ə) şəhid olması mövzüsu ilə başlayıb və keçirildiyi bu illər ərzində insanlar tərəfindən çox yüksək rəğbətlə qarşılanıb.

Artıq 14 ilə yaxındır ki, bu mərasim İranla yanaşı dünyanın 41 ölkəsində o cümlədən Azərbaycan, Britaniya, Rusiya, Almaniya, Filipin, İndoneziya, Yəmən, Tacikistan, Miyanmar, Senqapur, Ukrayna, Kəşmir, Livan, Banqladeş, Malazya, Tayland , Türkiyə, İraq və digər ölkələrdə keçirilir.

"Biz bu işlə Əli Əsğərin (ə) dilindən dünyaya bildirmək istəyirlər ki, islam təhlükədə olarsa, biz də kiçik, böyük, hətta bir neçə aylıq uşaqları islama təqdim edirik. Hazırda islam ölkələrində çoxlu Əli Əsğərlər anası, çoxlu analar da Əli Əsğərsiz qalıblar. Biz bu gün onların məzlumluğunu uca səslə fəryad edir və dünyaya elan ediri ki, son damla qanımıza qədər Hüseynçiyik"-deyə tədbirdə iştirak edən analardan biri deyib.
Source : Maide
Comment