0
Thursday 3 March 2011 - 15:30

“Sən Amerikanın prezidentisən yoxsa bütün dünyanın”

Story Code : 57362
“Sən Amerikanın prezidentisən yoxsa bütün dünyanın”
“Sən Amerikanın prezidentisən yoxsa bütün dünyanın”
“İslamtimes” in “Dw-world.de” yə istinadən verdiyi xəbərə görə Yəmənin Dövlət Başçısı Əli Abdullah Saleh, ABŞ ilə sionist İsrail rejimini ölkədə iğtişaşlar yaratmağa cəhddə günahlandırdı.


Saleh, Səna Universitetində etdiyi çıxışında "Tel Əvivdə Ərəb dünyasında qarışıqlıq yaratmaq üçün qurulmuş bir hərəkat yaradıldığını və onun Ağ Ev tərəfindən idarə olunduğunu" iddia etdi.

O həmçinin ABŞ prezidentinə “ Mən başa düşmürəm cənab Obama. Sən ABŞ prezidentisən, yoxsa bütün dünyaynın?” kimi müraciət ünvanladı.

Yəmənin Dövlət Başçısı Salehin çıxışının bitməsindən təxminən 1 saat sonra da minlərlə nümayişçi, Səna Universitetinə doğru yürüşə başladılar. Universitet qarşısında toplanan nümayişçilərə İslam Hərəkatı adlı müxalifət qrupu da qatıldı.

Polis və əsgərlərin hər iki tərəfə də müdaxilə etmədiyi, şəhərdəki kritik nöqtələrə zirehli texnikaların yeridildiyi və döyüş təyyarələrinin nümayişçilərin üzərində tez-tez alçaq uçuşlar etdiyi müşahidə edilirdi.

Yəməndə 3 martda da böyük bir nümayiş təşkil edilməsi gözlənilir.
Translator :
Source : Dw-world.de
Comment