0
Thursday 3 March 2011 - 22:00

Qəddafi NATO və ABŞ-ı “ikinci Vyetnam”la hədələdi

Story Code : 57397
Qəddafi NATO və ABŞ-ı “ikinci Vyetnam”la hədələdi
Qəddafi NATO və ABŞ-ı “ikinci Vyetnam”la hədələdi
Liviya lideri Müəmmər Qəddafi NATO və ABŞ-ı hədələyib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Müəmmər Qəddafi NATO və ABŞ Liviyaya müdaxilə edərsə, onları “İkinci Vyetnam” gözlədiyini bildirib.

Liviya lideri qeyd edib ki, milyonlarla tərəfdarına silah paylamağa hazırdır: “Biz 1 milyon, 2 milyon, 3 milyon insana silah paylayacağıq və “ikinci Vyetnam” başlayacaq. Bu, bizim üçün vacib deyil. Bundan sonra biz hamıya tüpürəcəyik”.

Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi bu gün Liviyada insanlıq əleyhinə cinayətlə bağlı daxil olan faktların rəsmi araşdırılmasına başladığını elan edib. Məhkəmənin prokuroru Luis Moren-Okamp deyib ki, gələn ilk informasiyaların öyrənilməsindən sonra belə qərar verilib.

Liviya İnsan Hüquqlarının Müdafiə Liqasının təmsilçisi Əli Zeidan isə deyib ki, Liviyada qiyam zamanı ölənlərin sayı 6 minə çata bilər. Onun sözlərinə görə, təkcə paytaxt Tripolidə ölənlərin sayı 3 minə çatıb.
Comment