QR CodeQR Code

Yəmən prezidenti də Mübarəkin yolunu gedir

3 Mar 2011 22:09

IslamTimes - Yəmən prezidenti Əli Abdulla Saleh yaxın 9 ay ərzində postunu tərk edəcəyini söz verib


Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, Əli Abdulla Saleh postunu 2011-ci ilin sonunda tərk edərək, hakimiyyəti demokratik partiyalara verəcəyini söz verib. Hazırda isə Yəmən prezidentinin istefası tələbi ilə keçirilən mitinqlərdə iştirak edən aksiyaçılara hücumla bağlı halların araşdırılması üçün komissiya formalaşdırılacağı bildirilir. Bu mitinqlər zamanı 27 nəfər öldürülüb. Zərər çəkənlərin hamısının ailəsi dövlət hesabına kompensasiya almalıdır.
Nəzərinizə çatdıraq ki, Misirin sabiq prezidenti Hüsnü Mübarək də xalqın qarşısında tab gətirə bilməyəcəyini gördükdən sonra "bir neçə aydan sonra hakimiyyəti təhvil verəcəyəm" sözləri ilə xalqı aldatmağa səy göstərmişdi.


Story Code: 57401

News Link :
https://www.islamtimes.org/az/news/57401/yəmən-prezidenti-də-mübarəkin-yolunu-gedir

Islam Times
  https://www.islamtimes.org