0
Friday 4 March 2011 - 09:43

İran və Türkiyə Liviyaya hərbi müdaxilənin əleyhinədir

Story Code : 57450
İran və Türkiyə Liviyaya hərbi müdaxilənin əleyhinədir
İran və Türkiyə Liviyaya hərbi müdaxilənin əleyhinədir
İran prezidenti Mahmud Əhmədinejad xəbərdarlıq edib ki, Amerika Birləşmiş Ştatları Liviyaya qoşun göndərsə, öz əsgərlərinə məzarlıq yaratmış olacaq.
O bildirib ki, prezident Buşun vaxtıyla müqayisədə indiki dövr fərqlidir.
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan ölkəsinin Liviyanın daxili problemlərinə müdaxiləni dəstəkləmədiyini təsdiq edib.
Erdoğan deyib ki, Liviyanın taleyini kənardan heç kim müəyyən edə bilməz.
Baş nazir əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının Liviyaya qarşı qəbul etdiyi qətnamə böyük dövlətlərin iradəsinin ifadəsidir və Şuranın digər üzvlərinin qərarı deyil.
Comment