0
Wednesday 12 October 2016 - 07:09

90 min əzadar "Ya Hüseyn" səsləndi

Story Code : 574765
90 min əzadar "Ya Hüseyn" səsləndi
Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, qarşılaşma Aşura gecəsinə təsadüf etdiyi üçün İran millisi oyuna qara sarğılı formaları ilə daxil olublar. Stadiona toplaşan 90 min Hüseynsevər qarşılaşma boyunca tez-tez "Ya Hüseyn (ə)", Səninləyik, ya Hüseyn(ə)" şüarlarını səsləndiriblər. Hələ oyun başlamamışdan öncə stadionda olan heyyətlər 90 min azərkeşlə birgə mərsiyələr deyiblər.

Xatırladaq ki, İran rəsmilərinin İran və Cənubi Koreya milli komandalarının Aşura gecəsinə təsadüf etdiyi üçün oyunun vaxtının dəyişdirilməsilə bağlı FİFA-ya müraciət etmişdir. FİFA-nın Səudiyyəli bölgə rəsmisi isə bu müraciəti qəbul edilməmişdir. Bu səbəblə İranın qeyri-hökumət təşkilatları hərəkətə keçərək, dünyanın ən böyük stadionlarından olan 90 min tamaşaçı tutumuna malik Azadi stadionunu möhtəşəm bir hüseyniyyəyə çevirməyi qərara almışdır.

İRNA-nın verdiyi xəbərə əsasən, qarşılaşma İran millisinin 1-0 üstünlüyü ilə başa çatıb. İranın qolu qarşılaşmanın 24-cü dəqiqəsində Sərdar Azmun tərəfindən atılıb.

90 Hüseynsevərin azərkeşliyilə keçirilən oyunda İran əldə etdiyi qələbəsilə xalını 10-a yüksəldərək, qrupdakı birinciliyini qoruyub. İranın iştirak etdiyi qrupda Cənubi Koreya ilə yanaşı, Özbəkistan, Çin, Qətər və Suriya var.




İran millisi indiyə qədər Qətər, özbəkistan və Cənubi Koreya ilə qarşılaşmada qalib ayrılmış, Çinlə isə hesab bərabər olmuşdur.
Source : Deyerler
Comment