QR CodeQR Code

Qırğızıstan Sərhəd Xidməti:

QIRĞIZISTAN VƏ ÖZBƏKISTAN SƏRHƏDINDƏ VƏZIYYƏT GƏRGINLƏŞMƏYƏ MEYILLIDIR

Trend AİA , 27 May 2009 10:47


"24.kg" İA, Özbəkistan Baş Prokurorluğunun Əndican əyalətində yerləşən Xanabad şəhərindəki blokposta hücum edən quldurların Qırğızıstan ərazisindən gəlmələrinə dair bəyanatına şərh almaq üçün Qırğızıstan Respublikasının Sərhəd Xidmətinə müraciət edib.

"Biz Özbəkistan Baş Prokurorluğnun bəyanatından xəbərdarıq. Bu bəyanat bizdə təəccüb yaradıb", - deyə QR SX rəhbərinin müavini bildirib.

"Ölkənin Baş Prokurorluq kimi orqanının, bundan əlavə rəsmi hakimiyyətin dilindən həqiqətəuyğun olmayan bir şey haqqında rəsmi bəyanat eşitmək təəccüb yaradır", - deyə Turusbekov bildirib.

"Bu səhv məlumatdır", - deyə QR SX sədrinin müavini əlavə edib.

Turusbekovun verdiyi məlumata görə, gərgin zonada ötən gecə sakit keçib.

"Qırğızıstan Respublikasının Cəlal-Abad rayonunda və Əndicanın ÖZ.R ərazisində yerləşən qırğız-özbək dövlət sərhədində vəziyyət mahiyyət etibarı ilə sakitdir, lakin qeyd etmək lazımdır ki, o gərginliyə meyillidir", - deyə Turusbekov əlavə edib.

Qırğızıstan Respublikası Sərhəd Xidmətinin sədr müavini qeyd edir ki, giriş və çıxışlarda yerləşən nəzarət-buraxılış məntəqələri Qırğızıstan vətəndaşlarının ÖZ.R ərazisindən girişinə və eyni zamanda Özbəkistan vətəndaşlarının Qırğızıstandan ÖZ.R ərazisinə çıxışına heç bir maneə törətmədən fəaliyyət göstərir.

Turusbekovun verdiyi məlumata görə, Cəlal-Abad sərhəd bölüyünün şəxsi heyəti gücləndirilmiş rejimdə xidmət çəkir.


Story Code: 5749

News Link :
https://www.islamtimes.org/az/news/5749/qirğizistan-və-özbəkistan-sərhədində-vəziyyət-gərginləşməyə-meyillidir

Islam Times
  https://www.islamtimes.org