QR CodeQR Code

Keçmiş Quantanamo məhbusu ona verilmiş dəhşətli işgəncələrdən danışıb

4 Mar 2011 18:26

IslamTimes - Qanunsuz olaraq Amerikanın Quantanamo həbsxanasında saxlanılmış Murat Kurnats, həmin həbsxanada saxlanma şəraiti və ona verilən işgəncələr barədə jurnalistlərə tükürpədici açıqlamalar verib


Kurnatsın sözlərinə görə, ona xəstəlikdən müdafiə adı altında həblər verilib. Həmin həblər onda süstlük, daha sonra dəhşətli ağrılar yaradıb. O, eyni zamanda işgəncələr altında yalan ifadələr verməyə məcbur edilməsi barədə də danışıb.

Onun verdiyi məlumatlar, öncə hüquq müdafiəçilərinin əllərində olan məlumatlarla da uyğun gəlib. Onlar bildirirdilər ki, Quantanamo həbsxanasında məhbuslara mefloxin adlı dərman verilib. Həmin dərman güclü və dözülməz ağrılara səbəb olub. /Deyerler/


Story Code: 57492

News Link :
https://www.islamtimes.org/az/news/57492/keçmiş-quantanamo-məhbusu-ona-verilmiş-dəhşətli-işgəncələrdən-danışıb

Islam Times
  https://www.islamtimes.org