0
Friday 4 March 2011 - 22:35

Keçid məntəqəsində sıxlıqdan ürəyi partladı

Story Code : 57493
Keçid məntəqəsində sıxlıqdan ürəyi partladı
Keçid məntəqəsində sıxlıqdan ürəyi partladı
Islam times.org/az/ - Hamıya məlumdur ki, artıq bir ilə yaxındır İran İslam Respublikası qonşu Azərbaycan vətəndaşlarına viza rejimini ləğv edib.

Bu hadisədən sonra Azərbaycan vətəndaşları sərbəst şəkildə İrana gedib gəlmək imkanına malikdirlər. Apardığımız jurnalist araşdırmalardan əldə etdiyimiz məlumata görə hətta cənub rayonu olan Astara sakinləri öz gündəlik ərzaqlarını almaq üçün İran ərazisinə gedirlər. Səbəb isə ərzaq məhsullarının Azərbaycana nisbətən İranda dəfələrlə ucuz olmasıdır.

Bundan əlavə səyyar ticarətçilər də qonşu ölkənin atdığı bu humanist addımdan yararlanırlar. İranın Astara rayonundan ucuz qiymətə ərzaq və digər məhsulları gətirərək Azərbaycan ərazisində satmaqla öz iqtisadi durumlarını təmin edirlər.

Lakin çox acınacaqlı durum bundan ibarətdir ki, Astara keçid məntəqəsinin buraxılış xidmətinində əhaliyə xidmətin ürəkaçan vəziyyətdə deyil. İrana keçmək istəyən sakinlər bəzən günün yarıdan çoxunun məntəqədə keçirməli olurlar.

Bu gün əldə etdiyimiz məlumata görə sərhəd buraxılış məntəqəsində İrana müalicəyə getmək istəyən 61 yaşlı Zəhra İsmayılova adlı Azərbaycan vətəndaşı basırığa düşərək vəfat edib.

Hadisə şahidləri bildirirlər ki, gecə saat 2 dən sonra keçid məntəqəsində sıxlıq yaranıb. Mərhum Zəhra İsmayılova da hamı kimi İrana müalicə məqsədi ilə getmək istəyirmiş. Sıxlıq və izdiham nəticəsində bir neçə qadının da halı pisləşib. Zəhra İsmayılova halı pisləşdiyindən sıxlıqdan çıxa bilməyərək, nəticədə həyatını itirib.

Bu keçid məntəqəsində sıxlığın yaranmasının bəs səbəbi nədir? Məgər Azərbaycanda xəstəxana və klinikalar yoxdurmu? Şübhəsiz ki, var. Lakin xalqın iqtisadi durumu acınacaqlı vəziyyətdə olması bu klinikalardan istifadə etməyə imkan vermir.

Bu səbəblə də əhali öz canının hayına qalmaq üçün İrana axışır. Bəzi məmurlar tərəfindən ərzaqın qiymətlərinin süni yolla qaldırılması biçarə sakinləri qonşu dövlətə axın etməsinə səbəb olur. Bəs böyüklərin ağız dolusu danışdığı iqtisadi inkişaf, sosial tərəqqi harda qaldı? Danışmaqla deyil əzizlərim, hər şey göz qabağındadır.

İSLAMTİMES -  ZƏHRA
Author :
Source : IslamTimes
Comment