QR CodeQR Code

“Samsung Electronics” məşhur “Note” brendindən vaz keçdi

12 Oct 2016 23:37

IslamTimes - Cənubi Koreyanın “Samsung Electronics” şirkəti “Note” brendindən imtina edir.


TASS xəbər verir ki, bu barədə korporasiyanın baş ofisindən məlumat verilib: "Samsung Electronics” rəhbərliyi “Note” brendinin istifadəsindən imtina ilə bağlı məsələyə baxır. Sonuncu hadisə bu brendin nüfuzunu məhv edib". Qeyd edək ki, “Samsung Electronics” şirkəti “Galaxy Note 7”nin akkumlyatorunun alovlanması hallarından sonra smartfonun satışını və dəyişdirilməsini sentyabrın 2-dən müvəqqəti dayandırmışdı. Oktyabrın 11-dən isə “Galaxy Note 7” smartfonunun istehsalı dayandırılıb.


Story Code: 574970

News Link :
https://www.islamtimes.org/az/news/574970/samsung-electronics-məşhur-note-brendindən-vaz-keçdi

Islam Times
  https://www.islamtimes.org