0
Wednesday 12 October 2016 - 23:53

Gəncə məscidləri şəhər rəhbərliyi tərəfindən iki günlük qapadılıb

Story Code : 574975
Gəncə məscidləri şəhər rəhbərliyi tərəfindən iki günlük qapadılıb
Bu barədə musavat.com-a Gəncə sakinləri məlumat verib. Şəhər rəhbərliyi heç bir məhdudiyyətin olmamasını, əksinə İmamzadə kompleksində hər cür şəraitin təmin edildiyini, şəhər sakinləri üçün ödənişsiz avtobusların ayrıldığını desə də, bu addım birmənalı qarşılanmır. Adının açıqlanmasını istəməyən şəhər sakini musavat.com-un müxbirinə bildirib ki, hər bir halda belə hallar anormaldır: "Məscidlər həm də namaz qılmaq üçündür. Belə olan halda insanların məscidlərdə namaz qılması üçün də məhdiyyət qoyulmuş olur. Ölkənin başqa heç bir yerində belə qadağa tətbiq olunmayıb. Bu hal həm də şəhər icra başçısı Elmar Vəliyevin dinə islamafobik baxışından qaynaqlanır. Keçirtdiyi iclaslarda və şəhər axundlarıyla davranışlarında da bu aydın şəkildə sezilir". Musavat.com Gəncənin rəsmi qurumlarının da mövqeyini dərc etməyə hazırdır.
Comment