0
Thursday 13 October 2016 - 22:49

İran Yəmənə hərbi gəmilərini göndərir

Story Code : 575245
İran Yəmənə hərbi gəmilərini göndərir
İslamazeri.az-ın "Tasnim"-ə istinadən verdiyi xəbərə əsasən, İran iki hərbi gəmisini Yəmən sahilinin yaxınlığında yerləşən Ədən körfəzi və Bab əl-Məndəb boğazı sularına göndərib. Gəmilər orada ticarət gəmilərinin hərəkətlərinin təhlükəsizliyini təmin edəcək.

Qrup "Buşer" adlı təminat gəmisi və "Əlvənd" adlı freqatdan ibarət olacaq.

İlk öncə onlar Ədən körfəzi və Bab əl-Məndəb boğazının azad sularına gedəcək və müəyyən müddət ərzində bu ərazidən keçən və dəniz quldurları tərəfindən daimi təhlükə altında olan ticarət gəmilərini qoruyacaqlar.

Bundan sonra gəmilər Somali və Tanzaniya tərəfə yola düşəcəklər. Normal hava şəraitində isə Cənubi Afrika Respublikası tərəfə üzəcəklər.

Qeyd edilir ki, İran gəmiləri müvafiq əmrləri iki həftə öncə alıblar.
Source : İslamazeri
Comment