QR CodeQR Code

Seyid Əbdülməlik Bədrəddin Əl-Husi: "Səudiyyə rejimi Yezid, Yəmən də Kərbəladır"

Deyerler , 14 Oct 2016 01:45

İslamtimes - Yəmənin Ənsarullah hərəkatının rəhbəri Seyid Əbdülməlik Bədrəddin Əl-Husi Aşura günü Yəmənin paytaxtı Sənada təşkil olunan milyonluq mitinqdə telekonfrans vasitəsilə çıxış edib.


Deyerler org Əl-Məsirə-yə istinadən xəbər verir ki, Seyid Əbdülməlik Əl-Husi çıxışı zamanı Səudiyyə Ərəbistanını Yezid (lən), Yəməni isə Kərbəla kimi xarakterizə edib.

Seyid Əbdülməlik Səudiyyə rejiminin sentyabrın 8-də Sənada cənazə mərasiminə təşkil etdiyi hücumu çox sərt bir şəkildə tənqid edib. Hücumda həlak olanların ailələrinə başsağlığı verən Əl-Husi, Səudiyyə Ərəbistanına aid döyüş təyyarələrinin bir cənazə mərasiminə təşkil etdiyi hücumun hərbi cinayət olduğunu söyləyib.

Ənsarullahın rəhbəri Səudiyyə rejiminin imperialist qüvvələrdən aldığı silahlarla bu cür cinayətlər törətdiyini deyib. "Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi ilə müdafiəsiz Yəmən xalqını qətliam edir. ABŞ da bu cinayətə şərikdir".

Seyid Əbdülməlik Əl-Husi hegemon qüvvələrin əlində oyuncaq olan bu kimi rejimlərin Yəmənə təşkil etdiyi hücumlar nəticəsində minlərlə insanın qətlə yetirildiyini bildirib. O, Səudiyyə rejiminin ölkələrin müstəqilliyinə hörmət etmədiyini qeyd edib.

"Hegemon güclər Səudiyyə Ərəbistanına silah satmaq üçün Ali Səud rəhbərliyini Yəmənə hücumda qızışdırırlar" deyə Ənsarullah lideri bildirib. Əl-Husi Yəmən xalqının yegənə qurtuluş yolunun müqavimət olduğunu söyləyib.

Yəməni Kərbəla və Səudiyyə Ərəbistanını Yezid (l) kimi xarakterizə edən Əl-Husi, Yəmən xalqının hegemon güclərə qarşı mübarizəyə davam edəcəyini bir daha bəyan edib.


Story Code: 575280

News Link :
https://www.islamtimes.org/az/news/575280/seyid-əbdülməlik-bədrəddin-əl-husi-səudiyyə-rejimi-yezid-yəmən-də-kərbəladır

Islam Times
  https://www.islamtimes.org