0
Friday 14 October 2016 - 02:15

Hacı İlqar İbrahimoğlu aşurafoblara cavab verdi

Story Code : 575283
Hacı İlqar İbrahimoğlu aşurafoblara cavab verdi
İlahiyyatçı-alim, DEVAMM sədri İlqar İbrahimoğlu Aşura günü və bu gündə həyata keçirilən bəzi rituallar haqqında yazaraq, ümumilikdə İslamı qaralayan bır sıra şəxslərə cavab verib. Özünün Facebook sosial şəbəkəsindəki səhifəsində İ. İbrahimoğlu yazır:

"Keçən əsrin 80-ləri idi. Meydan hərəkatı dövrü. Xalq hərəkatını ləkələmək istəyənlər və yaxud da, özlərinin qatılmamasına don geyindirmək istəyənlər, Azadlıq meydanında qalan fədakar insanlarla bağlı nələr uydurmurdular ki?!

Aşura ilə bağlı qan çıxartmaq və baş yarmaq mövzusunda aşurafoblarının statusları bunu yadıma saldı. Azərbaycanda bir dənə də olsun şəxsən belə bir nümunə ilə qarşılaşmamışam. Hətta istisnavi hal kimi olsa da, baş yarmağı bütün inanclılar birmənalı pisləyir və dinə aid olmadığını bəyan edir. Sözünüz var, söz danışın...

Allah hamımıza ayıqlıq və bağışlanma nəsib etsin"./musavat/
Source : Musavat
Comment