QR CodeQR Code

İctimai Palataya Sorosdan 10 milyon dollar?

HaqqYolu , 5 Mar 2011 11:20

IslamTimes - Son günlər yayılan məlumatlara görə, müxalifətin yaratdığı “İctimai Palata”ya Soros Fondu tərəfindən ölkədə iğtişaş və qarşıdurma törətmək üçün 10 milyon dollar vəsait ayrılıb


Məsləyə münasibət bildirən Milli Qurtuluş Partiyasının sədri Vüqar Bəyturan SİA-ya açıqlamasında 10 milyon məsələsini təsdiq etsə də, bu vəsaitin Soros Fondu tərəfindən deyil, Qərb ölkələrinin müəyyən dairələri tərəfindən ayrıldığını deyib. “Hər hansı bir maddiyata görə milli maraqları qurban vermək düzgün deyil. Bu milli düşərgədə olan siyasi qüvvələrin baxış prizmasına uyğun gələn bir məsələ deyil. Məlumata gəlincə inanmıram ki, ənənəvi müxalifətin birləşdiyi “İctimai Palata”ya özünü ciddi sayan hər hansı bir mərkəz və yaxud dövlət 10 milyon dollar pul ayırmış olsun. Bu informasiyalar həmin qüvvələrin özləri tərəfindən ictimaiyyətə çatdırılır ki, onlar cəmiyəti cəlb etsinlər və bunun nəticəsində kimsə onlara maddi dayaq olsun. Onlar üçün 10 milyon dollar çox böyük puldur.
Sual yaranır: rejim neft quyularından içib sirab olursa, müxalifət susuzluqdan yanmalıdır?


Story Code: 57597

News Link :
https://www.islamtimes.org/az/news/57597/ictimai-palataya-sorosdan-10-milyon-dollar

Islam Times
  https://www.islamtimes.org