QR CodeQR Code

Türkiyə Mosuldan geri çəkilmək üçün Bağdaddan etibarlı bir dəhlizin açılmasını istədi

Deyerler , 21 Oct 2016 22:05

Islamtimes - Ankara rəhbərliyi Başika düşərgəsindən qüvvələrini geri çəkmək üçün Bağdad rəhbərliyindən təhlükəsiz dəhliz tələb edib.


Deyerler.org xəbər verir ki, məlumat ABNA-nın iraqlı mənbələrə əsaslanaraq, verdiyi xəbərində qeyd olunub. Xəbərdə qeyd olunub ki, İraqa gələn Türkiyə heyəti baş nazir Heydər Əl-Əbadinin Türkiyə qüvvələrinin Mosul əməliyyatına qoşulmasına imtina etdikdən sonra, Başiki bazasının İraqın Əl-Haşduş-Şabi könüllü xalq qüvvələri tərəfindən mühasirəsinə son qoyulmasını tələb edib.

Həmin mənbə, Türkiyə nümayəndə heyətinin, həmçinin Əl-Əbadidən beynəlxalq sərhədlərə gedən və Türkiyə Silahlı Qüvvələrinin İraqdan çıxması üçün istifadə edə biləcəyi etibarlı bir dəhlizin açılmasını istədiyini bildirib.

Bağdad rəhbərliyinin bu tələblərə müsbət və ya mənfi cavab verib vermədiyi məlum deyil.


Story Code: 577332

News Link :
https://www.islamtimes.org/az/news/577332/türkiyə-mosuldan-geri-çəkilmək-üçün-bağdaddan-etibarlı-bir-dəhlizin-açılmasını-istədi

Islam Times
  https://www.islamtimes.org