QR CodeQR Code

Rusiyada helikopterin qəzaya uğraması nəticəsində 19 nəfər ölüb

22 Oct 2016 10:45

IslamTimes - Rusiyada helikopterin qəzaya uğraması nəticəsində 19 nəfər ölüb, 3 nəfər sağ qalıb.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Yamal-Nenetsk Muxtar Dairəsinin ərazisində baş verib.
Mİ-8 tipli helikopterin qəzaya uğramasının səbəbləri hələlik məlum deyil.
“Qəzanın baş verdiyi yer aşkarlanıb. İlkin məlumata görə, 19 nəfər ölüb, 3 nəfər sağ qalıb. Hadisə yerinə xilasedicilər cəlb edilib. Helikopterin “qara qutusu” axtarılır”, Rusiya FHN-dəki mənbə bildirib.


Story Code: 577404

News Link :
https://www.islamtimes.org/az/news/577404/rusiyada-helikopterin-qəzaya-uğraması-nəticəsində-19-nəfər-ölüb

Islam Times
  https://www.islamtimes.org