0
Saturday 22 October 2016 - 10:54

Müdafiə Nazirliyi əsgər ölümü ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

Story Code : 577407
Müdafiə Nazirliyi əsgər ölümü ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə bildirilib ki, sosial şəbəkələrdə hərbi qulluqçumuzun kəşfiyyat-diversiya nəticəsində şəhid olması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.
“Bir daha bildiririk ki, bölmələrimiz kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməyib və şəhid verməyib. Təəssüflə qeyd edirik ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Həşimov Yusif Yunis oğlu oktyabrın 20-də səhər saatlarında qeyri-döyüş şəraitində həlak olub”.
Müdafiə Nazirliyi bildirir ki, hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb və ölüm faktının baş verməsi səbəbləri araşdırılır: “Bir daha xatırladaq ki, Ordumuzla bağlı həqiqətə uyğun olmayan məlumatların dəqiqləşdirilmədən sosial şəbəkələr vasitəsilə yayılması bilavasitə düşmənin maraqlarına xidmət edir”.
Comment