QR CodeQR Code

CNN: İŞİD silahlıları Mosulda 284 nəfəri edam edib

22 Oct 2016 11:25

IslamTimes - İraqın Mosul şəhəri ətrafında İŞİD terror qruplaşmasının silahlıları 284 nəfəri edam edib.


APA-nın xəbərinə görə, bu barədə CNN telekanalı İraq təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən məlumat verib.
Məlumata əsasən, öldürülənlərin əksəriyyəti kişilərdir. Edam edilənlər arasında uşaqlar da olub. Silahlılar insanları  güllələyərək qətlə yetirib, meyitləri buldozerlə  ümumi məzara atıblar.
CNN-in xəbərinə əsasən, məlumat hələ ki rəsmi təsdiqini tapmayıb.
Qeyd edək ki, oktyabrın 17-də Mosulun terrorçulardan azad edilməsi uğrunda əməliyyat başlayıb.


Story Code: 577415

News Link :
https://www.islamtimes.org/az/news/577415/cnn-işid-silahlıları-mosulda-284-nəfəri-edam-edib

Islam Times
  https://www.islamtimes.org