QR CodeQR Code

Soçi görüşü də başa çatdı, yaxşı xizək sürdük

5 Mar 2011 23:12

IslamTimes - Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşü başa çatıb


Rusiyanın Soçi şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iştirakı ilə keçirilən görüş başa çatıb.
APA-nın «RİA Novosti»yə istinadən verdiyi xəbərə görə, prezidentlər İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedyev rəsmi danışıqlardan sonra görüşü qeyri-formal şəraitdə davam etdiriblər.
İlk öncə dövlət başçıları Soçi yaxınlığında yerləşən «Krasnaya Polyana» qış kurortunda kafedə çay içiblər. Sonra prezidentlər funikulyorla dağa qalxıblar və buradan İlham Əliyev və Dmitri Medvedyev bir neçə dəfə xizəklə aşağı eniblər. Ermənistan prezidenti isə qar üstü ilə yeriyən maşında gəzinti ilə kifayətlənib. Daha sonra dövlət başçıları birlikdə nahar ediblər və bir sıra aktual məsələləri müzakirə ediblər.
Qeyd edək ki, bu, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə üçtərəfli formatda təşkil olunan 8-ci görüşdür və Rusiya prezidentinin təşəbbüsü ilə keçirilib.


Story Code: 57763

News Link :
https://www.islamtimes.org/az/news/57763/soçi-görüşü-də-başa-çatdı-yaxşı-xizək-sürdük

Islam Times
  https://www.islamtimes.org