QR CodeQR Code

Türkiyə, Misir, İran: İsrailin qorxulu yuxusu

5 Mar 2011 23:18

IslamTimes - Misir xalqının inqilabından sonra "İran, Türkiyə və Misir üçlüyü"nün əmələ gəlməsi işğalçı İsrail rejimini qorxuya salıb


FaktXeber.com-un verdiyi məlumata görə, Fələstin parlamentinin üzvü Məhəmməd Əbutir, Orta Şərqdə İran, Türkiyə və Misirin güclənməsinin işğalçı ölkə olan İsrailin narahatçılığına səbəb olduğunu bildirib.

Əl-Aləm kanalına müsahibə verən Əbutir, Misir xalqının inqilabından sonra İran, Türkiyə və Misir üçlüyünün əməl gəlməsi işğalçı İsrail rejimini qorxuya saldığını bildirib.

Əbutir, işğalçı İsrail rejiminin bu üçlüyün əmələ gəlməsi ilə Orta Şərqlə əlaqədar bütün planlarının alt-üst olduğunu qeyd edib. Fələstinli millət vəkili Mübarəkin İsrail üçün böyük bir müttəfiq olduğunu vurğulayaraq, Mübarəkin hakimiyyətdən getməsi ilə İsrailin siyasətini iflasa uğradığını vurğulayıb.

Əbutir, bölgədə islami oyanışın İsrail üçün gözlənilməz bir hal olduğunu qeyd edərək, bu halın işğal altında olan ölkələrin xüsusilə Beytul-Müqəddəs azad olunması üçün bir vəsilə olacağını vurğulayıb.



Story Code: 57765

News Link :
https://www.islamtimes.org/az/news/57765/türkiyə-misir-iran-israilin-qorxulu-yuxusu

Islam Times
  https://www.islamtimes.org