QR CodeQR Code

Qazax, Gədəbəy, Ağdam, Tərtər və Füzulidəki mövqelərimiz atəşə tutulub

İslamazeri , 23 Oct 2016 13:32

Islamtimes - Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub


Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qızılhacılı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Şıxlar, Şuraabad, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Göygöl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Story Code: 577799

News Link :
https://www.islamtimes.org/az/news/577799/qazax-gədəbəy-ağdam-tərtər-və-füzulidəki-mövqelərimiz-atəşə-tutulub

Islam Times
  https://www.islamtimes.org