QR CodeQR Code

Hicab qadağası dindarların gündəmində

İslam-Azeri , 6 Mar 2011 10:09

IslamTimes - Mart ayının 4-ündə şam və xiftən namazından sonra Nardaran, Maştağa və Bilgəh kənd möminləri də hicab və həbs olunan möminlərin azadlığı üçün başlanmış dua mərasimlərinə qoşulmuşlar.


Mərasim Aşura ziyarəti ilə başlanıb, sonra isə hicabın və həbs olunmuş ruhani və dindarların azadlığı üçün dua olunub. Mərasimin sonunda dinimizə qarşı hücum edənləri lənətləyiblər.

Xatırladaq ki, silsiləvi dua mərasimləri mart ayının üçündə Binə kəndində start götürmüşdür. Mərasimin sonunda dininə bağlı olan hər bir müsəlmanın bu mərasimlərə qatılmasının vacibliyi vurğulanmışdır.

Qeyd edək ki, dua mərasimləri təşəbbüsü nüfuzlu ruhanilər tərəfindən irəli sürülmüşdür.


Story Code: 57821

News Link :
https://www.islamtimes.org/az/news/57821/hicab-qadağası-dindarların-gündəmində

Islam Times
  https://www.islamtimes.org