QR CodeQR Code

MTN polkovniki İlqar Əliyevin intihar etdiyi istintaqda sübuta yetirilib

27 Oct 2016 21:18

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevin təcridxanada intihar etməsi ilə bağlı başlanılan cinayət işi üzrə araşdırmalar davam etdirilir.


APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, cinayət işi üzrə aparılan araşdırmalar zamanı onun intihar etdiyi sübuta yetirilib. İ. Əliyevin meyitinə ailə üzvlərinin iştirakı ilə keçirilən baxış zamanı üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Əliyev İlqar Mustafa oğlunun intihar etməsi faktı üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilir.
İstintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, MTN-in Energetika və Nəqliyyat Sahələrinə Nəzarət İdarəsinin hazırda həbsdə olan rəisi Akif Çovdarovun vəkili Kamandar Nəsibov bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, A. Çovdarov İ. Əliyevin döyülərək öldürüldüyünü iddia edir.
Onu da qeyd edək ki, İ. Əliyev MTN ətrafında baş verən hadisələrlə əlaqədar həbs olunub. O, ötən il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasında özünü asaraq intihar edib.


Story Code: 578991

News Link :
https://www.islamtimes.org/az/news/578991/mtn-polkovniki-ilqar-əliyevin-intihar-etdiyi-istintaqda-sübuta-yetirilib

Islam Times
  https://www.islamtimes.org