QR CodeQR Code

Moskvada Rusiya, Suriya və İran XİN rəhbərlərinin görüşü keçiriləcək

27 Oct 2016 21:21

IslamTimes - Oktyabrın 28-də Moskvada Rusiya, Suriya və İran xarici işlər nazirlərinin görüşü keçiriləcək.


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bildirib. 
O qeyd edib ki, Sergey Lavrov, Valid Muallim və Məhəmməd Cavad Zərif arasında planlaşdırılan üçtərəfli görüşdə Suriya münaqişəsi və terrorçuluğa qarşı birgə mübarizə məsələləri müzakirə olunacaq.  
Suriya və İran xarici işlər nazirlərinin S. Lavrovla ikitərəfli görüşləri də nəzərdə tutulur.


Story Code: 578992

News Link :
https://www.islamtimes.org/az/news/578992/moskvada-rusiya-suriya-və-iran-xin-rəhbərlərinin-görüşü-keçiriləcək

Islam Times
  https://www.islamtimes.org