QR CodeQR Code

İran və Orta Şərqdə inqilab memarlığı

Müəllif: Məhəmməd İmani , 6 Mar 2011 23:58

IslamTimes - 33 il bundan öncə İslam İnqilabından sonra Orta Şərq və Şimali Afrikada yeni bir hərəkatın bünövrəsi qoyuldu...


Uranı zənginləşdirmək və atom partlayışına nail olmağın əsası atomu parçalamaq və onda toplanmış enerjini azad etməkdir. 33 il bundan öncə İslam İnqilabından sonra Orta Şərq və Şimali Afrikada yeni bir hərəkatın bünövrəsi qoyuldu. Bu hərəkat 2 ay öncə siyasi səhnədə özünü göstərməyə başladı. Sözü gedən hərəkat atom partlayışından da güclü bir partlayışla nəticələndi. 

Orta Şərq və Şimali Afrika hadisələrlə dolu 2 ayı arxada qoydu. Elə bil bu xalqlar son iki ayda baş vermiş hadisələri 30 il ərzində sıxılmış vəziyyətdə kapsullarda saxlayıblarmış. Sanki onlar böyük bir qaz tankerinə yerləşdirilməsi lazım olan maddəni sıxaraq kiçik bir kapsula daxil etmişdilər və bu kapsul ona yerləşdirilmiş maddəni saxlamaq gücünə qadir deyildi. 

Orta Şərq Yəmən və Bəhreyndən Misirədək, sonradan Liviya, Tunis və Mərakeş boyunca uzanan “zərrələr inqilabı” (Nano Revolution) və ya “atom inqilabı” (Atom Revolution) ilə üzləşib. Zülmkar və imperialist hakimlərin gözündə bir heç olan və daxillərində yatmış böyük enerji hesaba alınmayan millətlər artıq böyük bir hərəkata start veriblər. Qərbə bağlı diktaturaların sıxılmış təhqir və zülm yayı qəfildən yerindən oynamışdır. Aralıq dənizinin şərq və cənub hissələri vulkan dəryasına çevrilmişdir.

Vaxtı ilə uranın zənginləşdirilməsi, atom texnologiyası qüdrət amili sayılırdısa, hazırda insanların, onların ruhlarının zənginləşdirilməsi qüdrət amili hesab edilir. Artıq bu müharibədə zora güvənənlər məğlubiyyətə uğramışdır. Bir gün öz texnologiyası ilə qürrələnən Firon varisləri indi üsyan etmiş müsəlman millətlər qarşısında öz super texnologiyalarının aciz olduğunu anlayır. Amerika, beynəlxalq sionizm, Qərb məntəqə dövlətlərinin əhalisini puç və gücsüz hesab edərək ayaqları altda əzirdilər. Amma bu gün fərdi yox, ictimai təzahür günüdür – bu eynən Əmirəl-mömininin (ə) sözüdür. Həzrət buyurur: “Daxilində böyük bir dünya olduğu halda özünü kiçikmi sayırsan?!”

Davamı var...
 
"IslamTimes" - Tərcümə şöbəsi


Story Code: 57949

News Link :
https://www.islamtimes.org/az/news/57949/iran-və-orta-şərqdə-inqilab-memarlığı

Islam Times
  https://www.islamtimes.org