0
Monday 7 March 2011 - 13:09

Güləşçilərimiz İranın Qum şəhərindən vətənə döndülər

Story Code : 58053
İran - Qum şəhəri
İran - Qum şəhəri
Martın 5-6-da İran İslam Respublikasının Qum şəhərində yunan-Roma güləşi üzrə "İmam Yadigarı Kuboku" ("Yadeqar-e-Emam") beynəlxalq turniri keçirilib. Azərbaycan Güləş Federasiyasından Milli.Az xəbər portalına daxil olan məlumata görə, turnirdə iştirak edən yığmamızın üzvləri vətənə 1 gümüş və 1 bürünc medalla dönüblər. Məşqçi Vüqar Aslanovun rəhbərliyi altında turnirdən iştirak edən pəhləvanlarımızdan Kamran Məmmədov (60 kq) gümüş, Orxan Əhmədov (55 kq) bürünc medala layiq görülüb. 55 kq-da digər təmsilçimiz Rəşid Bünyatov isə 5-ci yerdə qərarlaşıb. 
Turnirdə İran, Türkiyə, Rusiya, Qazaxıstan kimi güclü komandalar da iştirak edib.
İran güləşçiləri bütün çəkilərdə qızıl medala layiq göürülüblər.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Sədi Quliyev də iştirak edib.

Comment