0
Thursday 3 November 2016 - 22:53

Ərdoğan Almaniyanı "terror yuvası" adlandırdı

Story Code : 580831
Ərdoğan Almaniyanı "terror yuvası" adlandırdı
İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Almaniya Fətullah Gülən tərəfdarları üçün sığınacağa çevrilib.

Almaniya DİN-i rəsmi şəkildə ötən həftə təsdiq edib ki, Türkiyədəki uğursuz üsyan cəhdindən sonra diplomatik pasport ilə 35 nəfər Türkiyə vətəndaşı Almaniyadan sığınacaq istəyib.

"Biz onlara terror təşkilatı üzvlərini bizə təhvil verməyi təklif edən zaman, Almaniya bizə deyir ki, bizim sazişə əsasən onlar bizə ağır cinayətlərdə ittiham olunanları təhvil verə bilərlər, siyasi cinayətdə ittiham olunanları isə yox... Biz həmişə deyirik ki, terror təşkilatı əqrəb kimidir: Əvvəl-axır çevrilərək özünü sancacaq. Mən Almaniyanı da bu cür aqibətin gözlədiyi üçün qorxuram. Almaniya terrorçuların sığınacağına çevrilib. Bu ölkə terror təşkilatı üzvlərini müdafiə etməyi üstün tutdu.", - deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, rəsmi Ankara Almaniya kansleri Angela Merkelə 4 min sənəd verib. Həmin sənədlər Almaniyada olan Gülən tərəfdarlarının günahını sübut edir.

"Avropa İttifaqının əsas ölkəsinin terrorçulara dəstək verməsini anlaya bilmirəm. Əgər Almaniyada terrorçuların Gülən tərəfdarlarının olub-olmamasında şübhələnirlərsə, qoy Ankaranı, parlamenti ziyarət etsinlər və görsünlər ki, iyul ayının 15-i bizdə nə baş verib. Onlar deyirlər ki, Türkiyədə Gülən tərəfdarlarının tutulmasını diqqətlə (təşvişlə) izləyirlər. Biz də onların (Almaniyanın - red.) bəyanatlarını narahatlıqla yanaşı, həm də dəhşətlə izləyirik. Bizim daxili qanunvericiliyimiz heç kəsi narahat etməməlidir.", - deyə Ərdoğan əlavə edib.
Source : İslamazeri
Comment