0
Sunday 6 November 2016 - 09:46

İraqlı deputat: İŞİD-in əlində 400 yezidi və türkmən qadın var

Story Code : 581309
İraqlı deputat: İŞİD-in əlində 400 yezidi və türkmən qadın var
İslamazeri.az-ın İraq mediasına istinadən verdiyi xəbərə görə, türkmənlərin İraq parlamentdəki təmsilçisi Nahla Hababi İŞİD-in Təlafərdə əsir saxladığı qadınların xilas edilməsi əməliyyatının vacib olduğunu bildirərək, İŞİD-ə zərbə endirməmişdən öncə bu məsələni diqqətə alınmasını güc strukturlarından xahiş edib.

"Əməliyyata başlamamışdan öncə, İraq gücləri və "Haşdi Şabi" qadınların təhlükəsiz yerlərə aparmalı və sonra əməliyyata start verməlidir. Çünki, onların canı təhlükədədir və İŞİD hər an onlardan canlı qalxan kimi istifadə edə bilər.", -deyə Nahla Hababi bildirib.
Source : İslamazeri
Comment