QR CodeQR Code

İsrail rejimi Türkiyə peykinin orbitə buraxılmasının qarşısını almağa çalışır

8 Mar 2011 10:32

IslamTimes - İsrail rejimi, Türkiyənin “Göktürk” optik-elektron peykinin orbitə buraxılmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə başlayıb. Həmin peyk Türkiyəyə bir sıra mühüm kəşfiyyat məlumatları əldə etməyə imkan verəcək.


Peykin köməyi ilə eyni zamanda Avropa, Qafqaz və Yaxın Şərq regionunun yüksək ölçülü şəkillərini əldə etmək mümkün olacaq. Bu da Türkiyəyə PKK terrorçu qruplaşmasına qarşı daha effektli əməliyyatlar aparmağa imkan verəcək.

İşğal etdiyi ərazilərdən Türkiyənin məlumatlar əldə etməsinə mane olmağa çalışan İsrail rejimi, peykin hazırlanması üzərində çalışan Fransanı bu layihəni həyata keçirməkdən imtina etməyə vadar etməyə çalışır.

Verilən məlumata görə, Türkiyənin Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçilərindən biri bununla bağlı belə münasibət bildirib: “İsrail birinci il deyil ki, bizim ərazimizin şəkillərini əldə edir. Biz isə kəşfiyyat peykini ilk dəfə buraxırıq. Beynəlxalq əlaqələrdə qarşılıqlı anlaşma olduqca mühümdür. Əgər onlar bizim ərazimizin şəkilini çəkirsə, Türkiyənin də bunu etmək ixtiyarı var”.  /deyerler/


Story Code: 58158

News Link :
https://www.islamtimes.org/az/news/58158/israil-rejimi-türkiyə-peykinin-orbitə-buraxılmasının-qarşısını-almağa-çalışır

Islam Times
  https://www.islamtimes.org