QR CodeQR Code

Ərbəinə görə Astara sərhəd-buraxılış məntəqəsinin iş saatı uzadıla bilər

Maide , 7 Nov 2016 14:52

Islamtimes - "Ərbəin ziyarəti yaxınlaşır və çox sayda azərbaycanlı zəvvarların bu ziyarətə gedəcəyini nəzərə alaraq Azərbaycan Gömrüyü və digər əlaqədar qurumların əməkdaşlığı ilə Ərbəin zəvvarlarına daha yaxşı xidmət məqsədi ilə Astara Sərhəd-Buraxılış Məntəqəsinin iş saatını uzada bilərik". Bunu İranın Astara Gömrük İdarəsinin baş direktoru Rəsul Ümidi deyib.


Maide.Az İRNA agentliyinə istinadən xəbər verir ki, R.Ümidi deyib ki, Astara (İran) gömrük idarəsi Ərbəin zəvvarlarının gediş-gəlişini asanlaşdırmaq məqsədi ilə tam hazırlıqlı vəziyyətə gətirilib. “Buraxılış məntəqəsinin iş saatının artırılması azərbaycanlı zəvvarların gediş-gəlişini asanlaşdıracaq. Digər aidiyyatı qurumlar və Azərbaycan tərəfi də razı olarsa bunu etmək mümkündür”.

Ərbəinə gedən azərbaycanlı zəvvarlar üçün 3 keçid qapısı

Ərdəbil əyalətinin yol və nəqliyat idarəsinin rəhbəri Əli Rəhməti jurnalistlərə deyib ki, Ərbəinə gedən azərbaycanlı zəvvarlar üçün keçid qapısı müəyyənləşdirildi. “İrandan İraqa keçmək üçün Ərbəin ziyarətinə gedən zəvvarlar üçün 3 keçid məntəqəsi müəyyənləşdirilib. Bu dəfə azərbaycanlı zəvvarlar İran-İraq sərhəddində yerləşən Mehran, Çəzzabə və Şələmçə keçid məntəqələrindən keçə biləcəklər.

Onun sözlərinə görə, bu addımın atılmasına səbəb isə nizam-intizamın artırılmasıdır.


Story Code: 581689

News Link :
https://www.islamtimes.org/az/news/581689/ərbəinə-görə-astara-sərhəd-buraxılış-məntəqəsinin-iş-saatı-uzadıla-bilər

Islam Times
  https://www.islamtimes.org