0
Tuesday 8 November 2016 - 13:09

Moskva rusiyalı diplomatların ABŞ-da seçki məntəqələrinə daxil olmasının məhdudlaşdırılmasını pisləyib

Story Code : 581971
Moskva rusiyalı diplomatların ABŞ-da seçki məntəqələrinə daxil olmasının məhdudlaşdırılmasını pisləyib
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. Onun sözlərinə görə, bununla əlaqədar ABŞ tərəfinə nota təqdim edilib. Qeyd edək ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova ABŞ Federal Təhqiqatlar Bürosunun rusiyalı diplomatların seçki məntəqələrinə buraxılmaması məqsədi ilə onlara təzyiq göstərildiyini bəyan edib. O qeyd edib ki, belə hadisələrdən biri Hyustonda baş verib. FTB agenti baş konsulluğun əməkdaşının avtomobilini bloklayıb. Rusiya XİN-nin məlumatına görə, ABŞ Dövlət Departamenti nota ilə rusiyalı diplomatlara özbaşına seçki məntəqələrinə yaxınlaşmamalarını tövsiyyə edib.
Comment