QR CodeQR Code

Mosulda davam edən döyüşlərdə 16 ABŞ əsgəri həlak olub

8 Nov 2016 13:20

IslamTimes - İraqın Mosul şəhərinin İŞİD terror qruplaşmasından geri alınması üzrə artıq iki həftədir davam edən əməliyyatlar zamanı ABŞ 16 hərbçisini itirib, daha 27 hərbçi yaralanıb.


Bu barədə TASS-a Moskvadakı hərbi-diplomatik mənbə məlumat verib. "Mosulun geri alınması üzrə quru əməliyyatlarının ilk iki həftəsi ərzində 16 Amerika hərbçisi ölüb, 27-si yaralanıb. Ölüm və yaralanma hallarının əksəriyyəti minaya düşmə, yaxud artilleriya və minaatanlardan açılan atəş nəticəsində qeydə alınıb", - deyə mənbə bildirib. Mənbə, həmçinin qeyd edib ki, hərbçilərdən ikisi ABŞ-ın "B-52H" təyyarələrinin Mosul ətrafına endirdiyi zərbələr zamanı ölüb.


Story Code: 581974

News Link :
https://www.islamtimes.org/az/news/581974/mosulda-davam-edən-döyüşlərdə-16-abş-əsgəri-həlak-olub

Islam Times
  https://www.islamtimes.org