0
Tuesday 8 November 2016 - 14:41

İran Azərbaycanla viza rejiminin ləğvini istəyir

Story Code : 581996
İran Azərbaycanla viza rejiminin ləğvini istəyir
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Tehranda keçirilmiş mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qaimi deyib. “İki ölkə arasında münasibətlərin xüsusiyyətini nəzərə alaraq ümid edirəm ki, vizaların ləğv olunması barədə razılıq əldə oluna bilər”, - deyə o qeyd edib. Onun sözlərinə görə, bu istiqamətdə atılan ilk addım viza alınması üçün tələb olunan şərtlərin yüngülləşdirilməsi ola bilər. Mətbuat katibi qeyd edib ki, İran bu proqramı Rusiya ilə də həyata keçirir.
Comment