QR CodeQR Code

Trampın qələbəsinə etiraz edən tələbələr ABŞ bayrağını yandırıblar

10 Nov 2016 12:16

IslamTimes - Vaşinqtonda Amerika Universitetinin tələbələri Donald Trampın prezident seçilməsinə etiraz əlaməti olaraq ABŞ bayrağını yandırıblar.


APA-nın məlumatına görə, bu barədə “Washington Post” qəzeti yazıb. Nəşrə görə, 200-dək tələbə Universitet şəhərciyində toplaşaraq müsəlmanlara qarşı dözümsüzlüyə son qoymaq və qara dərili vətəndaşların hüquqlarına hörmətlə yanaşmağı tələb ediblər. Oxşar aksiyalar ABŞ-ın bir neçə ştatında keçirilib. Kaliforniya, Konnektikut, Massaçusets, Şimali Karolina ştatlarında tələbələr seçkilərin nəticələri ilə bağlı narazılıqlarını ifadə etmək üçün küçələrə axışıb.


Story Code: 582603

News Link :
https://www.islamtimes.org/az/news/582603/trampın-qələbəsinə-etiraz-edən-tələbələr-abş-bayrağını-yandırıblar

Islam Times
  https://www.islamtimes.org