QR CodeQR Code

"Amnesty International"dan Azərbaycan hakimiyyətinə sarsıdıcı zərbə

8 Mar 2011 19:00

IslamTimes - Artıq xarici təşkilatlar da Azərbaycanda zorakılıq hallarının baş verdiyini təsdiqləyərək, bu halların yolverilməz olduğunu söyləyir


"Amnesty International" beynəlxalq insan haqları təşkilatı da martın 7-də Azərbaycan hakimiyyətini gənc fəalların təqib edilməsinə son qoymağa çağırıb.

Təşkilatdan yayılan məlumatda qeyd edilir ki, Yaxın Şərq və Şimali Afrika ölkələrində baş verən hadisələrdən sonra Azərbaycanda da bir qrup gənc martın 11-də etiraz askiyaları keçirməyi planlaşdırır. Buna görə həmin Bəxtiyar Hacıyev, Dəyanət Babayev, Etibar Salmanlı kimi fəal gənclər həbsə atılır, işgəncələrə məruz qalır, onlara hüquqi yardım göstərilməsini əngəlləyir.

Təşkilatın direktorunun Avropa və Mərkəzi Asiya Proqramları üzrə müavini John Dalhuisen bildirib ki, Azərbaycan hakimiyyəti gənclərə qarşı bu təqiblərə son qoymalı, onların dinc etirazlarını keçirmələrinə imkan verməlidir.

ABŞ-ın Azərbaycandakı səfirliyi də bu gün bəyanat yayaraq gənclərin həbsi ilə bağlı prosesləri yaxından izlədiyini bildirir. /Azadlıq/


Story Code: 58324

News Link :
https://www.islamtimes.org/az/news/58324/amnesty-international-dan-azərbaycan-hakimiyyətinə-sarsıdıcı-zərbə

Islam Times
  https://www.islamtimes.org