QR CodeQR Code

Trampın müşavirindən "Kürd dövləti" mesajı

12 Nov 2016 23:46

IslamTimes - Tramp İraqda kürdlərin müstəqillik meyllərinə qarşı çıxmayacaq.


Axar.az xəbər verir ki, bunu ABŞ-ın yeni prezidenti Donald Trampın Yaxın Şərq üzrə müşaviri Sam Yono “Kürdüstan24” nəşrinə açıqlamasında deyib.
 
O, Şimali İraq Muxtariyyətinin lideri Məsud Bərzaniyə böyük hörmət bəslədiklərini də əlavə edib:
 
“Birgə çalışmağımız üçün Kürdüstan hökumətindən ən qısa zamanda qanun layihəsi gözləyirik. Bunun sayəsində məsələni müzakirə edə və nəticədə doğru qərar verə bilərik. Kürdüstan bölgəsinin müstəqilliyə qovuşması mümkündür. Həyatda mümkünsüz heç nə yoxdur”, - Yono bildirib.


Story Code: 583310

News Link :
https://www.islamtimes.org/az/news/583310/trampın-müşavirindən-kürd-dövləti-mesajı

Islam Times
  https://www.islamtimes.org