0
Wednesday 9 March 2011 - 12:05

Dini kəsimlə oynamayın!

Story Code : 58424
Dini kəsimlə oynamayın!
Dini kəsimlə oynamayın!
Maraqlıdır ki, Azərbaycanda xalq ayağa qalxsa yox, yerindən qurcalansa, polis və ordu rejimi müdafiə edəcəkmi? Polis və ordunun dolanışıq səviyyəsi Əliyevlərin dolanışığına yaxındır, yoxsa sadə xalqın? Cavab aydındır: polis rəisləri sıravi polis işçilərinə ... söyüşü söyürsə, orduda əsgər zorlanırsa, rejim ağır gün üçün nəticə çıxarmalıdır. Respublikada böyük məmurların əksəriyyəti çamadanını yığışdırıb. Belə yerdə deyiblər ki, “filankəs amana bənddi”, yəni üfürsən aşacaq!
Respublikada vəziyyət gərginfir. 10 martdan başlayaraq mitinqlər sıralanır. Vaxtı açıqlanmasa da AİP də mitinq keçirməkdə israrlıdır.
Azərbaycan İslam Partiyası Qarabağ probleminin həll edilməsi, ölkədə hökm sürən İslamafobiyanın aradan qaldırılması tələbi ilə və eyni zamanda AİP sədri Mövsüm Səmədovla birgə digər ruhanilərin qanunsuz həbsinə etiraz olaraq mitinq keçirməyi planlaşdırır. Bu barədə Faktxeber.com-a AİP Mətbuat Xidmətindən məlumat daxil olub. Azərbaycan İslam Partiyasının Mətbuat Xidmətindən daxil olan məlumatda bildirilir ki, kütləvi tədbirin keçirilmə vaxtı və yeri, Bakı Şəhər İcra Hakimiyyətinə mitinqlə bağlı müraciətin cavabından sonra müəyyən olunacaq.“Keçiriləcək mitinq geniş miqyaslı olacaq və konkret tələb və şüarlar səsləndiriləcək”-deyə AİP sədri Elçin Manafov əlavə edib.

Source : HaqqYolu
Comment