0
Wednesday 16 November 2016 - 12:22

Türkiyə də işğalçı İsrailə səfir təyin etdi

Story Code : 584256
Türkiyə də işğalçı İsrailə səfir təyin etdi
Türkiyə mətbuatı xəbər verir ki, yeni səfir Kamal Ökem Ərdoğan təyin olunub.
Türkiyə və İsrail hökumətləri tərəfindən təsdiqləndikdən sonra hər iki ölkənin səfirlərinin qısa müddətdə fəaliyyətə başlayacağı gözlənilirdi.
Qeyd edək ki, artıq İsrail də Türkiyəyə yeni səfir təyin edib. Tel-Əvivin Ankaradakı maraqlarını Eitan Naeh qoruyacaq.
Onu da qeyd edək ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də kəsilib. Həmin dövrdə Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyənin "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri basqın edib. Nəticədə Türkiyənin 9 vətəndaşı öldürülüb. Bu il iyunun 29-da İsrail hökuməti Türkiyə ilə normallaşma razılaşmasını təsdiqləyib./AzVision.az/
Comment