QR CodeQR Code

Ali məktəblərdə "GESTAPO" rejimi

9 Mar 2011 13:10

IslamTimes - Tələbələr azadlıq əldə etmək yolunda hər şeyə hazır olduqlarını söylədilər


Sayı minlərlə olan gəncin 11 mart tarixinə aksiya təyin etməsi hakimiyyət tərəfindən ciddi təlaşla qarşılanmaqdadır. Bunun yetərincə sübutları var. Artıq müxalif partiyaların fəal gəncləri bir-birinin ardından həbs olunmaqdadır.
Bu barədə PİA.AZ-ı məlumatlandıran mötəbər mənbə bildirir ki, 11 mart önləmələri tək bununla kifayətlənmir: «Artıq təhsil nazirliyinə ciddi şəkildə tapşırıq verilib ki, 11 Mart mitinqinə qatılan və ümumiyyətlə, həmin tarixdə səbəbsiz yerə dərsə gəlməyən tələbələr universitetdən sorğu-sualsız xaric edilməlidirlər».
Mənbəmizin sözlərinə görə, artıq bu barədə tələbələrin özləri də məlumatlandırılıb: «Onlara da qəti olaraq bildirilib ki, əgər aksiya keçirilən saatda mitinqin təyin edildiyi ünvanda olarlarsa və yaxud da polis tərəfindən həbs olunarlarsa, o zaman oxuduqları ali təhsil ocaqlarından qeyd-şərtsiz qovulacaqlar».
«Bu yolla gənclərin aksiyasının kütləviliyinin qarşısının almaq istəyən hakimiyyət əslində, həm də təlaş içində olduğunu da göstərir» deyən mənbəmiz onu da vurğuladı ki, ali tədris ocaqlarında təhsil alan tələbələrin müxalif partiyalarla əlaqəli olanları isə xüsusi olaraq nəzarətə götürülüb». 
Tələbələr isə bütün bunlara baxmayaraq, etiraz aksiyasına qoşulmanın onları haqqı olduğunu və bu haqlarından heç vəchlə imtina etməyəcəklərini bildiriblər.


Story Code: 58451

News Link :
https://www.islamtimes.org/az/news/58451/ali-məktəblərdə-gestapo-rejimi

Islam Times
  https://www.islamtimes.org