QR CodeQR Code

Gənclərin həbsi davam edir...

9 Mar 2011 17:07

IslamTimes - "Mülki geyimlilər üç gün idi ki, evimizin ətrafında fırlanırdılar”.


Müsavatçı fəal Səxavət Soltanlı “avtoxuliqan” kimi saxlandı, Rəşadət Axundovu valideynlərinin yanından həbs edib apardılar!
Hakimiyyət gənclərin 11 mart, Müsavat Partiyasının 12 mart mitinqi ilə əlaqədar həbslər dalğasını genişləndirməyə başlayıb. Dünən səhər saatlarında Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı saxlanılaraq Qaradağ rayon 11-ci polis bölməsinə aparılıb. Bu haqda redaksiyamıza Müsavat Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli məlumat verdi. Ə. Məmmədli dedi ki, gənc üzvlərin harada saxlanılması barədə məlumat yoxdur. O, digər müsavatçı gənclərin də polis tərəfindən axtarıldığın bildirdi. Müsavat fəalı Səxavət Soltanlı Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi tərəfindən saxlanılıb.

Səxavət Soltanlının qardaşı Qədim Soltanlı “Azadlıq” radiosuna deyib ki, tutulan gənc 11-ci polis bölməsindədir: “Növbətçi hissədən soruşdum, dedilər burdadır. Əvvəlcə dedilər izahat alıb buraxacaqlar, sonra isə dedilər ki, buraxmaq fikirləri yoxdur. Mülki geyimlilər üç gün idi ki, evimizin ətrafında fırlanırdılar”.
Qədim Soltanlı deyib ki, qardaşının saxlanma səbəbləri haqqında ona heç bir ətraflı məlumat verməyiblər. Bölmədən yalnız onu deyiblər ki, S.Sultanlı avtoxuliqanlıq edib. Qaradağ rayon 11-ci polis bölməsinin növbətçi hissəsindən isə “Azadlıq” radiosuna bildiriblər ki, onlar Səxavət Soltanlı adlı şəxsi saxlamayıblar.
Dünən saat 14.00 radələrində 10-a yaxın mülki geyimli şəxs daha bir gənc fəal Rəşadət Axundovu saxlayıb. Xəbəri “Azadlıq” radiosuna onun nişanlısı Türkan Hüseynova verib: “10 nəfər mülki geyimli şəxs Rəşadəti Bakı Əyləncə Mərkəzinin yanından götürüb aparıblar. Ailə üzvləri də onun yanında olubmuş. Onlardan maşının açarını alıblar ki, arxasınca gedə bilməsinlər”. Son məlumata görə, Xətai Rayon Məhkəməsi Rəşadət Axundova 5 sutka həbs cəzası verib.


Story Code: 58523

News Link :
https://www.islamtimes.org/az/news/58523/gənclərin-həbsi-davam-edir

Islam Times
  https://www.islamtimes.org