QR CodeQR Code

ABŞ üçün Liviyanın neft və qazı mühümdür

9 Mar 2011 18:59

ABŞ və Qərb ölkələri baş verən hadisələri kənardan izləyərək, sonda kimin qalib olacağını gözləyirlər. Onlar üçün Liviya xalqının azadlığı mühüm deyil, onlar yalnız Liviyanın qazı və nefti barədə düşünürlər.


Bu gün Qərbə bağlı informasiya agentliklərinin Liviya ətrafında yerləşdiyi bir halda "PressTV"-nin amerikalı icmalçı ilə müsahibəsini sizlərə təqdim edirik.

PressTV:
"Bu gün mediada Qərb ölkələrinin Şimali Afrikaya hərbi gəmi və təyyarələr göndərdiyindən bəhs edilir. Xəbərlərdə Qərbin Liviya xalqına kömək məqsədi ilə bu tədbirləri həyata keçirdiyi bildirilir. Sizin fikrinizcə bu qüvvələrin Liviyaya daxil olma ehtimalı varmı?"

Alen Rouland:
"Mənim fikrimcə Barak Obama və Qərb mövcud vəziyyətdən maksimum dərəcədə faydalanmaq haqda düşünürlər. Hazırkı olaylarda Obama onlara başçılıq edir. Bu gün biz çıxılmaz bir vəziyyətin yarandığını müşahidə edirik. Bu vəziyyət günü-gündən daha da həssaslaşır. Qəzzafi siyasi təhlilçilərin qorxu ilə yad etdiyi bir oyuna start verdi. Bu qorxulu oyun Liviyada uzunmüddətli vətəndaş müharibəsinin başlanması idi.
Çox ehtimal ki, Qərb ölkələri mövcud qarşıqlığa müdaxilə etmək niyyətində deyil. Onlar baş verən hadisələri kənardan izləyərək, sonda kimin qalib olacağını gözləyirlər. Onlar üçün Liviya xalqının azadlığı mühüm deyil, onlar yalnız Liviyanın qazı və nefti barədə düşünürlər.
Beləliklə ABŞ və Qərb kimin qalib gələcəyini gözləyərək, onunla müzakirə edəcəklər. Qəzzafi özü də pərdə arxasında baş verənlərdən xəbərsiz deyil. O orduya nəzarəti əlində saxlayıb, baş verən hadisələri nəzərə alaraq irəliləmək niyyətindədir. Əgər bu vəziyyət davam edərsə, Liviyada uzunmüddətli vətəndaş müharibəsi baş verə bilər."

"IslamTimes" - Tərcümə şöbəsi


Story Code: 58556

News Link :
https://www.islamtimes.org/az/news/58556/abş-üçün-liviyanın-neft-və-qazı-mühümdür

Islam Times
  https://www.islamtimes.org