QR CodeQR Code

Sərdar "Bavariya"ya qol vurdu, Bavarya 3-2 məğlub oldu

23 Nov 2016 22:59

IslamTimes - Bu gün Çempionlar Liqasında V tura yekun vurulacaq.


Milli.Az apasport.az-a istinadən xəbər verir ki, A, B, C və D qruplarında növbəti matçlar baş tutacaq.
 
A qrupunda növbəti mərhələyə vəsiqəni ötən turda təmin edən "Arsenal"la PSJ qrup birinciliyi uğrunda "döyüşəcəklər". "Emireyts" stadionunda baş tutacaq görüşün qalibi qrup birinciliyini də təmin edəcək. "Ludoqorets"lə "Bazel" isə üçüncü yerə iddialarını davam etdirirlər. Bolqarıstanda qalib gələn tərəf Avropa Liqasına yollanmaq hüququ qazanacaq.
 
B qrupunda vəziyyət qarışıqdı. Autsayder "Dinamo"nu (Kiyev) qəbul edən "Napoli" qalib gələcəyi təqdirdə son tur öncəsi 1/8 finala adını yazdıracaq. "Beşiktaş"la "Benfika"nın mübarizəsi isə böyük gərginlik vəd edir. "Qartallar"ın oyununda Türkiyə klubu rəqibini əliboş yola salmağa çalışacaq. Əgər "Napoli" sürprizə imkan verməsə və "Beşiktaş" evdə yenilsə, İstanbul nəhəngi Avroliqaya yollanmaqla təsəlli tapacaq.
 
C qrupunda hər şeyə bu turda aydınlıq gələ bilər. "Mançester Siti" Mönhenqladbaxda "Borussiya"ya qalib gələrsə, həm özü, həm də "Barselona" 1/8 finala vəsiqəni rəsmiləşdirəcək. "Barsa"nın qələbəsi və "şəhərlilər"in heç-heçəsi də eyni vəziyyət yaradacaq. Lider "Barselona"nı, onsuz da, "Seltik"lə səfər görüşündə bərabərlik qane edir.
 
D qrupunda növbəti mərhələyə vəsiqəni rəsmiləşdirən "Atletiko" ilə "Bavariya" autsayderləri sınağa çəkəcəklər. Bu görüşlərdən sonra da adıçəkilən komandalar arasında 3 xallıq fərq artmasa, İspaniya və Almaniya nəhəngi son turda öz aralarında lideri müəyyən edəcəklər.
 
Bir neçə dəqiqə öncə "Rostov" - "Bavariya" oyunu son çatıb. "Rostov" futbol klubunun hücumçusu, İran vətəndaşı Sərdar Azmun 44-cü dəqiqədə hesabı bərabərləşdirib 1-1 etdikdən sonra ruh yüksəkliyə qazanan Rostov sonda oyunu 3-2 hesabı ilə udub.


Story Code: 586150

News Link :
https://www.islamtimes.org/az/news/586150/sərdar-bavariya-ya-qol-vurdu-bavarya-3-2-məğlub-oldu

Islam Times
  https://www.islamtimes.org